Ombudsmanın nümayəndələri 17 noyabr aksiyasında saxlanılan şəxslərlə görüşüblər

Ombudsmanın nümayəndələri 17 noyabr aksiyasında saxlanılan şəxslərlə görüşüblər
# 20 noyabr 2012 13:53 (UTC +04:00)

Bakı-APA. Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Müvəkkilin İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPM) üzvləri Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə növbədənkənar başçəkmə həyata keçiriblər. Ombudsman Aparatlnın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd 17 noyabrda keçirilmiş aksiya zamanı saxlanılan şəxslərlə rəftar, saxlanılma şəraiti və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərlə tanışlıq olub.

İnzibati qaydada həbs olunmuş 10 nəfər şəxslə söhbət zamanı həmin şəxslər saxlanıldıqları müəssisədə onlara qarşı rəftar və şəraitdən şikayət etməyiblər. MPM qrupunun əməkdaşları saxlanılan şəxslərin bəzilərinə ailələri və yaxınları ilə təkrar telefon əlaqəsinə şərait yaradıblar.

Saxlanılma yerinin rəhbərinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR