Rusiya Dövlət Duması “Anti-Maqnistskiy” qanununu birinci oxunuşda qəbul edib

Rusiya Dövlət Duması “Anti-Maqnistskiy” qanununu birinci oxunuşda qəbul edib
# 14 dekabr 2012 15:23 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Rusiya Dövlət Duması “Anti-Maqnistskiy” qanununu birinci oxunuşda qəbul edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Dövlət Dumasında ABŞ Konqresinin aşağı palatasının bir müddət əvvəl qəbul etdiyi Rusiya vətəndaşlarına qarşı viza və maliyyə sanksiyalarının tətbiqi haqqında “Maqnitski qanunu”na cavab olaraq “Anti-Maqnistskiy” qanunu qəbul olunub. Qanuna görə, Rusiya vətəndaşlarının hüquqlarını pozan ABŞ vətəndaşlarının Rusiyaya girməsinə qadağa qoyulub.

Dumanın bütün fraksiyaları bu qanunun lehinə səs veriblər. Qanun ABŞ-da övladlığa götürülən Rusiya vətəndaşı Dima Yakovlevin adına uyğunlaşdırılıb. Dima Yakovlev amerikalı valideynləri tərəfindən işgəncə verilərək öldürülüb.

Qanuna əsasən, “Anti-Maqnitskiy” siyahısına məmurlar və rusiyalıların hüquqların pozan bütün şəxslər daxil ediləcək. Rusiyalı parlamentarilər qanunun genişləndiriləcəyini də qeyd ediblər. Deputatlar bu qanunun gələcəkdə təkcə ABŞ vətəndaşlarına deyil, digər ölkələrin vətəndaşların da şamil edilə biləcəyini söyləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR