İran telekanalının Dəməşqdəki ofisinin səyyar canlı yayım mərkəzi partladılıb

İran telekanalının Dəməşqdəki ofisinin səyyar canlı yayım mərkəzi partladılıb
# 01 dekabr 2012 10:09 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, hücum zamanı telekanalın səyyar canlı yayım mərkəzi (SNG) partladılıb. Hadisə zamanı insan itkisi olmasa da, “əl-Aləm”in Dəməşq ofisinin avtomobili də ciddi zərər görüb.

Bundan əlavə, telekanalın girişində yerləşdirilmiş bomba partlamadan zərərsizləşdirilib.

Qeyd edək ki, telekanalın nəzarət kameraları naməlum şəxsin səyyar canlı yayım mərkəzinə yaxınlaşmasını və qəfildən sürətlə həmin yerdən uzaqlaşmasını qeydə alıb. Bundan bir neçə saniyə sonra isə güclü partlayış baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR