Nəsiman Yaqublu Polşada keçirilən beynəlxalq konfransda Məhəmməd Əmin Rəsulzadə haqqında məruzə edib

Nəsiman Yaqublu Polşada keçirilən beynəlxalq konfransda Məhəmməd Əmin Rəsulzadə haqqında məruzə edib
# 22 noyabr 2012 09:20 (UTC +04:00)

Bakı – APA. Tarixçi-alim Nəsiman Yaqublu bu yaxınlarda Polşanın Varşava şəhərində “Prometeyizmin böyük şəxsiyyətləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

APA_nın məlumatına görə, konfransı Varşava Universitetinin Şərqi Avropa Araşdırma Mərkəzi və “Yeni Prometey” jurnalı təşkil edib.

Konfransda dünyanın müxtəlif ölkələrindən olan alimlər sovet və kommunist rejiminə qarşı mübarizə aparmış “Prometey” hərəkatı və onun tanınmış şəxsiyyətləri haqqında məruzə ediblər. ABŞ, Polşa, Ukrayna, Qazaxıstan və Gürcüstandan olan alimlərin iştirak etdiyi tədbirdə N.Yaqublunun “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan-Polşa əlaqələrində və “Prometey” hərəkatındakı rolu” mövzusunda elmi məruzəsi böyük maraqla qarşılanıb.

Tədbirdən sonra Varşava Universitetinin Şərqi Avropanı Araşdırma Mərkəzinin direktoru, professor Y.Malitski N.Yaqubluya maraqlı çıxışına və tarixi sənədləri Varşava Universitetinə təqdim etdiyinə görə ayrıca təşəkkür məktubu göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR