Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı özünü təqsirli bilmədiyini deyib

Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı özünü təqsirli bilmədiyini deyib
# 03 dekabr 2012 10:32 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. K. Kazımov , E. Əkbərov , O. Valentina özlərini təqsirli bilməyiblər. Y. Kiyasov isə özünü təqsirli bildiyini deyib.

Günün ikinci yarısında davam etdirilən prosesdə zərərçəkmiş şəxslərdən biri Reyhan Babayeva ifadə verib. O, təqsirləndirilən şəxslər tərəfindən aldadıldığını deyib və ona dəymiş ziyanın ödənilməsini istəyib.

Prosesi dekabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.

Bakı şəhərində tikinti işləri ilə məşğul olan K. Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunur.

K. Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR