Nazir Əli Abbasov: «Azərbaycanın yeni inkişaf konsepsiyası elm və müasir texnologiyalara əsaslanacaq»

Nazir Əli Abbasov: «Azərbaycanın yeni inkişaf konsepsiyası elm və müasir texnologiyalara əsaslanacaq»
# 24 noyabr 2012 10:16 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.


Onun sözlərinə görə, artıq Azərbaycanın 2020-ci ilədək dövrü əhatə edən inkişaf konsepsiyası hazırlanıb və konsepsiyanın yaxın vaxtlarda qəbul olunacağı gözlənilir: «Yeni inkişaf konsepsiyası əsasən elmə və müasir texnologiyalara əsaslanacaq. Eyni zamanda, Azərbaycan hökuməti qeyri-neft sektoruna dəstəyini davam etdirəcək ki, nəticədə ölkədə yeni inkişaf mühiti yaradılacaq».


Ə.Abbasov onu da bildirib ki, son illər ərzində Azərbaycanda İKT sektoru sürətlə inkişaf edir və ölkə hökuməti tərəfindən bu sahəyə böyük diqqət yetirilir: «Hazırda Azərbaycan İKT sektorunda regional liderdir və dünyada bu sahənin inkişafına görə inkişaf edən və inkişaf etmiş ölkələr arasındadır. Ümid edirəm ki, Azərbaycanda İKT sahəsi bundan da böyük nailiyyətlərə və uğurlara imza atacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR