“Kayzerslautern II” klubunun futbolçusu Azərbaycan yığmasına çağırılıb

“Kayzerslautern II” klubunun futbolçusu Azərbaycan yığmasına çağırılıb
# 26 noyabr 2012 15:35 (UTC +04:00)

Bakı-APA. Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 3-dən 5-dək Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı məlum olub. Almaniyalı baş məşqçisi Berti Foqts hazırlıqlara 25 oyunçu çağırıb. Onlar arasında Almaniyanın “Kayzerslautern II” komandasının üzvü də var.

Qapıçılar: Aqil Məmmədov (“Bakı”), Emil Balayev (“Neftçi”), Eyyub Əliyev (“Simurq”)

Müdafiəçilər: Vurğun Hüseynov, Urfan Abbasov (hər ikisi “Qəbələ”), Tural Nərimanov (AZAL), Tural Axundov (“Rəvan”), İlkin Qırtımov (“Simurq”), Şəhriyar Əliyev (“Bakı”)

Yarımmüdafiəçilər: Samir Zərgərov (“İnter”), Elnur Abdulov (“Qarabağ”), Eşqin Quliyev (“Neftçi”), Rövşən Əmiraslanov (“Qəbələ”), Taqim Novruzov, Orxan Həsənov (hər ikisi AZAL), Azər Məmmədov (“Turan”), Asif Mirili, Murad Səttarlı (hər ikisi “Simurq”), Namiq Ələsgərov (“Bakı”), Pərdis Fərcad-Azad (“Sumqayıt”)

Hücumçular: Ruslan Qurbanov, Orxan Əliyev (hər ikisi “Sumqayıt”), Rüfət Dadaşov (“Kayzerslautern II”, Almaniya), Ağabala Ramazanov, Kazım Kazımlı (hər ikisi “XəzərLənkəran”).

Qeyd edək ki, Emil Balayev və Eşqin Quliyevin millinin toplanışında iştirakı sual altındadır. Belə ki, onlar yalnız dekabrın 6-da İtaliyanın Milan şəhərində, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "İnter" – "Neftçi" oyunu üçün "Neftçi"nin heyətində İtaliyaya getməyəcəyi təqdirdə millinin təlim-məşq toplanışında iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR