İran prezidenti Pakistanda səfərdədir

İran prezidenti Pakistanda səfərdədir
# 21 noyabr 2012 11:15 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad Pakistanda səfərdədir. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İran Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin baş direktoru Məhəmmədrza Furkani açıqlama verib.

Onun sözlərinə görə, səfər Pakistan prezidenti Asif Əli Zərdarinin dəvəti əsasında gerçəkləşib: “Səfər çərçivəsində İran prezidenti noyabrın 22-də paytaxt İslamabad şəhərində keçiriləcək və Türkiyə, Pakistan, Banqladeş, İndoneziya, Malayziya, Misir və Nigeriya kimi müsəlman dövlətlərindən ibarət D8 ölkələrinin zirvə toplantısında iştirak edəcək. Təxminən 1 milyard əhalisi ilə 1 trilyon dollar dəyərində bazara sahib olan bu ölkələr ticarət həcmlərini 2018-ci ilə qədər 500 milyard dollara yüksəltməyi hədəfləyir”.

M.Furkani bildirib ki, M.Əhmədinejadın pakistanlı həmkarı ilə görüşündə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı, xüsusilə İran-Pakistan, “Sülh” təbii qaz kəmərinin reallaşması, Tehran-İslamabad və Məşhəd-Lahor aviareyslərinin açılması, sərhəd bölgəsində dəmir yolu xəttinin inşası, Əfqanıstandakı vəziyyət, Çin-Rusiya əlaqələri əsas müzakirə mövzusu olacaq: “Eyni zamanda səfər proqramına İranla Pakistan arasında bir sıra müqavilələrin bağlanması, həmçinin zirvə toplantısına qatılacaq ölkələrin prezidentləri ilə görüşlərin keçirilməsi də daxildir. Bundan əlavə, toplantı çərçivəsində İran, Türkiyə və Misir prezidentlərinin və xarici işlər nazirlərinin Suriyadakı böhranın müzakirəsi məqsədilə görüşü olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR