Nazir: “Məktəblərdə kompüter-şagird nisbətində ciddi dəyişiklik yoxdur”

Nazir: “Məktəblərdə kompüter-şagird nisbətində ciddi dəyişiklik yoxdur”
# 27 noyabr 2012 08:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Məktəblərdə kompüter - şagird nisbəti 1:20 olaraq qalır. Bununla bağlı ciddi bir dəyişiklik yoxdur”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, 2-5 il bundan öncə alınan informasiya-kommunikasiya texnologiyaları avadanlıqları müəyyən zaman keçdikdən sonra ya öz keyfiyyətini itirir, ya da istifadəsində müəyyən problemlər yaranır. M. Mərdanovun sözlərinə görə, hazırda əsas diqqəti mövcud nisbətin aşağı düşməməsinə yönəldilib. Nazir vurğulayıb ki, məktəbə verilən avadanlıqlar mütləq şəkildə istifadə edilməlidir: “Məktəblərimizin hamısında İKT avadanlıqları var. Ola bilər ki, böyük məktəblərdə laboratoriyaların sayı, siniflərin sayı çox, kiçik məktəblərdə isə az olsun. Məktəblərimizin böyük əksəriyyəti geniş zolaqlı internet şəbəkəsinə qoşulub. Biz təkcə bununla kifayətlənmirik. Eyni zamanda, elektron məktəb proqramını həyata keçiririk. Bu baxımdan ölkəmizin təhsil müəssisələrində İKT-nin tətbiqi məsələsini normal hesab edirəm. Təbii ki, bu səviyyə ilə kifayətlənmirik. İşimizi davam etdirməli, səviyyəmizi daha da artırmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR