Azərbaycanda bankların məcmu kapitalı 15% artıb

Azərbaycanda bankların məcmu kapitalı 15% artıb
# 12 dekabr 2012 13:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2012-ci il noyabrın 1-nə 2,360 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 310 mln. manat və ya 15,1% çoxdur.

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında göstərilir.

Məlumata əsasən, bu ilin əvvəlindən bankların məcmu kapitalının həcmi 474 mln. manat və ya 25,1%, oktyabr ayında isə 63 mln. manat və ya 2,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR