Yaşar Nuri ilə vida mərasimi Akademik Milli Dram Teatrında keçiriləcək

Yaşar Nuri ilə vida mərasimi Akademik Milli Dram Teatrında keçiriləcək
# 22 noyabr 2012 07:41 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vida mərasimi bu gün saat 13:00-dan 15:00-dək uzun illər unudulmaz rollarla səhnəsinə çıxdığı Akademik Milli Dram Teatrında baş tutacaq. Azərbaycanın əvəzolunmaz sənətkarlarından olan Yaşar Nuri son mənzilə məhz ən çox sevdiyi məkandan yola salınacaq.

Xatırladaq ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında 61 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR