Azərbaycan Xalçaçılıq Muzeyi Novruz bayramı ərəfəsində istifadəyə veriləcək

Azərbaycan Xalçaçılıq Muzeyi Novruz bayramı ərəfəsində istifadəyə veriləcək
# 11 dekabr 2012 13:42 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Bakının Dənizkənarı Milli Parkında yeni inşa olunan Azərbaycan Xalçaçılıq Muzeyinin Novruz bayramı ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulur. APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bu ilin sonuna kimi muzeyin inşasının başa çatması gözlənilir: “Bundan sonra isə biz 4-5 ay ərzində muzeyin kompozisiyasının qurulması, avadanlıqların yerləşdirilməsi prosesini həyata keçirəcəyik. Ümid edirəm ki, Novruz bayramı ərəfəsində biz Xalça Muzeyini görə biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR