Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni baletin premyerası olacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni baletin premyerası olacaq
# 05 dekabr 2012 13:23 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Dekabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış azərbaycanlı bəstəkar, əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın “Sayalı” baletinin premyerası olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, balet əbədi və hər zaman önəmli olan məhəbbəti, gəncliyi, rəqabəti və “Novruz” bayramı ərəfəsində təbiətin oyanışını tərənnüm edir.

Tamaşanın quruluşçu rejissoru, baletmeyster, alban xoreoqraf Pulumb Aqilliu, dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə Yusif Babayevdir. Tamaşada gənc və istedadlı balet artistləri ilə yanaşı, həm də truppanın aparıcı solistləri xalq artisti Kamilla Hüseynova, əməkdar artistlər Gülağası Mirzəyev, Samir Səmədov da iştirak edəcəklər.

Qeyd edək ki, bəstəkar Elnarə Dadaşova dahi bəstəkar Qara Qarayevin tələbəsi olub, çoxsaylı simfonik, xor və instrumental əsərlərin müəllifidir. Onun əsərləri bir sıra xarici ölkələrdə ifa olunmuş və maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR