Quba hadisələrində təqsirləndirilən şəxslərin məhkəmə prosesi keçirilib

Quba hadisələrində təqsirləndirilən şəxslərin məhkəmə prosesi keçirilib
# 28 noyabr 2012 14:28 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün Quba Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə bu il martın 1-də Quba rayonunda baş verən hadisələrə görə həbs olunan daha 9 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, müdafiə tərəfini çıxışa hazırlaşmaq üçün 10 gün vaxt istəyib. Proses dekabr ayının 11-nə təyin olunub.

Quba Rayon Məhkəməsində hakim Füzuli Pənahovun sədrliyi ilə bu il martın 1-də Quba rayonunda baş verən hadisələrə görə həbs olunan daha 7 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi isə təxirə salınıb. Hakimin səhhətində problem yarandığı üçün məhkəmə prosesi dekabr ayının 4-nə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR