Azərbaycanda pensiya təminatı sisteminin islahatı konsepsiyası hazırlanır - FOTO

Azərbaycanda pensiya təminatı sisteminin islahatı konsepsiyası hazırlanır   - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 08:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. BMT-nin Azərbaycana yeni təyin olunan rezident əlaqələndiricisi Antonius Broek Dövlət Sosial Müdafiə Fondunda (DSMF) olub. Fonddan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Fondun iş şəraiti ilə bağlı qonağa ətraflı məlumat verilib.

A.Broek DSMF-nin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyəti, fərdi uçot sahəsində görülən işlərlə tanış olub. DSMF sədri Səlim Müslümov sığorta-pensiya sistemində keçirilən davamlı islahat tədbirləri nəticəsində Azərbaycanın müasir sığorta-pensiya modelinin formalaşdığını vurğulayıb.

Sistemin inkişafının beynəlxalq standartlar üzrə həyata keçirilən aktuar hesablamalara əsaslanaraq aparıldığını qeyd edən S.Müslümov sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üzrə strateji hədəflərin müəyyənləşdirilməsi və sistem göstəricilərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə pensiya təminatı sisteminin islahatı konsepsiyası layihəsinin hazırlanacağını vurğulayıb.

Hazırda layihə üzərində işin getdiyini, bir sıra istiqamətlərdə beynəlxalq təcrübənin öyrənildiyini və müvafiq təhlillərin aparıldığını söyləyən DSMF sədri ölkədə sosial sığorta və pensiya sahəsində reallaşdırılan islahatlarda ən yaxşı tərəfdaş kimi BMT-nin İnkişaf Proqramının səylərini də yüksək qiymətləndirib.

Görüşdə «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsi Layihəsi»nə dair BMT-nin İnkişaf Proqramı ilə imzalanmış sazişə uyğun olaraq görülən işlər nəzərdən keçirilib. Eyni zamanda DSMF-də Beynəlxalq Regional Təlim və Tədqiqat Mərkəzinin yaradılması və digər əməkdaşlıq sahələri müzakirə edilərək, həmin istiqamətlərdə işlərin davam etdirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR