İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyətinə qarşı apellyasiya şikayəti təmin olunmayıb

İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyətinə qarşı apellyasiya şikayəti təmin olunmayıb
# 13 dekabr 2012 14:20 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın (İP) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə apellyasiya şikayətinə baxılıb.

İctimai Palatanın üzvü Mustafa Hacıbəylinin APA-ya verdiyi məlumata görə, hakim Habil Xəlilovun sədrliyi ilə keçirilən prosesdə İP adından iddia qaldıran qurum üzvləri, Müsavat Partiyası başqanının müşavirləri Hüseyn Məlikov, Mustafa Hacıbəyli və AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirovun 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından verdikləri apellyasiya şikayəti təmin olunmayıb və birinci məhkəmə instansiyasının qərarı qüvvədə saxlanılıb.

M. Hacıbəyli bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ediləcək.

Qeyd edək ki, İctimai Palatanın (İP) 2011-ci il aprelin 22-də piket keçirmək üçün meriyaya etdiyi müraciət mənfi cavablandırılıb. Verilən cavab məktubunun əsassız olduğunu hesab edən İP isə məhkəməyə müraciət edib.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR