ABŞ İran Televiziya və Radio Təşkilatına və sədrinə sanksiya tətbiq edib

ABŞ İran Televiziya və Radio Təşkilatına və sədrinə sanksiya tətbiq edib
# 21 dekabr 2012 11:16 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. ABŞ Konqresinin Nümayəndələr Palatası “Qərb yarımkürəsində İranla mübarizə” adlı yeni qanun layihəsi qəbul edib.

APA-nın “Press TV”yə istinadən məlumatına görə, sənəd İranın Cənubi Amerikaya nüfuzunun qarşısını almaq üçün həll yollarının araşdırılması məqsədi daşıyır. Bunun üçün ABŞ Dövlət Departamentinə 1 milyon dollar vəsait ayrılacaq.

Eyni zamanda qanun layihəsində İran Televiziya və Radio Təşkilatı (İRİB) və onun sədri İzzətullah Zərqamiyə sanksiya tətbiq edilməsi, ABŞ şirkətlərinə və bu ölkədə fəaliyyət göstərən xarici şirkətlərə İRİB-ə hər cür xidmət göstərməyə, avadanlıq satmağa və onunla əməkdaşlıq etməyə qadağa qoyulur. Sənəd respublikaçı konqresmen Cef Daqan tərəfindən hazırlanıb. O, qanun layihəsi ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, ABŞ-ın cənub sərhədlərində İranın nüfuza malik olması rəsmi Vaşinqtonun təhlükəsizliyinə qarşı ciddi təhdiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR