Gələn həftə BƏƏ-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Gələn həftə BƏƏ-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 14 dekabr 2012 09:13 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 19-da Dubayda Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyasının IV iclası keçiriləcək.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycan və BƏƏ arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın III iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadi inkişaf naziri Şahin Mustafayev, Birləşmiş Ərəb Əmirlikləri tərəfdən isə bu ölkənin iqtisadiyyat naziri Sultan bin Səid əl Mənsuridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR