Karaqandada beynəlxalq investisiya forumu keçiriləcək

Karaqandada beynəlxalq investisiya forumu keçiriləcək
# 20 noyabr 2012 12:31 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 21-də Karaqanda şəhərində (Qazaxıstan) «Karagandaİnvest-2012» III Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, tədbirin əsas məqsədi əlverişli investisiya iqliminin yaradılması və Qazaxıstanın Karaqanda vilayətinin müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın işgüzar dairələri ilə ticarət-iqtisadi əlaqələrinin stimullaşdırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR