İsrail xarici işlər nazirinin Gürcüstana səfəri təxirə salınıb

İsrail xarici işlər nazirinin Gürcüstana səfəri təxirə salınıb
# 12 dekabr 2012 08:56 (UTC +04:00)

Buna səbəb Gürcüstanın BMT-də Fələstinə müşahidəçi dövlət statusunun verilməsi ilə bağlı qərarı dəstəkləməsidir

Bakı. Məlahət Nəcəfova-APA. İsrailin xarici işlər naziri Aviqdor Libermanın Gürcüstana planlaşdırlmış səfəri təxirə salınıb. APA-nın məlumatına görə bu barədə İsrail Xarici İşlər Nazirliyi xəbər yayıb. Nazirlikdəki mənbənin dediyinə görə, buna səbəb Fələstinə BMT-də müşahidəçi dövlət statusunun verilməsi ilə bağlı səsvermədə Gürcüstanın bu qərarın lehinə səs verməsidir. İsrail Gürcüstan rəsmilərinin bu addımından narazılığını gizlətməyib. Xarici İşlər Nazirliyinin əməkdaşının dediyinə görə, Azərbaycan, Ermənistan, Rusiya, Belarus kimi postsovet ölkələri daha əvvəldən Fələstinin leyhinə səs verəcəklərini bildirsələr də, Gürcüstan son dəqiqəyə kimi bitərəf qalacağını bəyan edib.

Gürcüstan tərəfi isə bu iddianı təkzib edib. Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, ölkə rəsmiləri ilk olaraq səsvermədə iştirakda tərəddüd ediblər, lakin sonda onlar sənədin lehinə səs vermək qərarına gəliblər və bu barədə də İsrail, ABŞ və Avropa Birliyini məlumatlandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR