Lənkəranda Fikrət Əmirovun 90 illik yubileyi qeyd olunub - FOTO

Lənkəranda Fikrət Əmirovun 90 illik yubileyi qeyd olunub  - <span style="color: red;">FOTO
# 09 dekabr 2012 12:06 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Həqiqət Rzayeva adına Lənkəran şəhər uşaq musiqi məktəbində Azərbaycan bəstəkarı, xalq artisti Fikrət Əmirovun 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.

APA-nın cənub bürosunun xəbərinə görə, rayonun mədəni-maarif müəssisələri kollektivlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə məktəbin direktoru Kamil Fərzullayev sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Daha sonra məktəbin müəllim və şagirdlərinin ifasında Fikrət Əmirovun əsərlərindən parçalar səsləndirilib, mahnıları ifa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR