Vladimir Putin: “Bu il ilk dəfə Rusiyada əhalinin sayında artım qeydə alınıb” - FOTO

Vladimir Putin: “Bu il ilk dəfə Rusiyada əhalinin sayında artım qeydə alınıb”   - <span style="color: red;">FOTO
# 12 dekabr 2012 13:31 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putin görüşdə çıxışı zamanı bir çox məsələlərə toxunub. O, Rusiyanın əhalisinin sayının bu il artdığını söyləyib: “Rusiyada ailənin 3 uşağa sahib olması artıq normal hal sayılmalıdır. Çoxuşaqlı ailələrə dövlət tərəfindən edilən maddi və sosial yardımlar öz bəhrəsini verib. Uzun illərdən sonra Rusiyada ilk dəfə artım qeydə alınıb. İlk 10 ayda 7 faiz artım olub, 1 milyon 587 min uşaq dünyaya gəlib. Rusiya əhalisinin sayı 143 milyon 200 min nəfəri keçirib”.

V. Putin Rusiyada orta yaş həddinin 2,5 il uzandığını söyləyib: “Orta yaş həddi 70-dən yuxarıdır. Ancaq yenə də orta yaşlı kişilərin ölüm halları çoxdur. Buna səbəb alkoqol, siqaret və pis vərdişlərdir”.

Rusiya prezidenti bütün totalitar sistemləri rədd etdiklərini söyləyib: “Biz totalitar bir sistem yolunda olmayacağıq. Hökumətin insanların inancları və fikirlərinə müdaxilələri totalitar bir anlayışdır. Biz bu yola girməyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR