ABŞ Türkiyə ilə danışıqlar aparır

ABŞ Türkiyə ilə danışıqlar aparır
# 06 dekabr 2012 14:22 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. ABŞ Türkiyənin İrandan qızıl qarşılığında təbii qaz idxal etməsi məsələsini müzakirə edir.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib.

Onun sözlərinə görə, ABŞ bununla bağlı Türkiyə ilə danışıqlar aparır: “ABŞ Türkiyə ilə İrana qarşı sanksiya tətbiq olunması məsələsini müzakirə edir”.

Qeyd edək ki, Türkiyə idxal etdiyi “mavi yanacağ”ın pulunu İrana milli valyutası olan lirə ilə ödəyir, rəsmi Tehran isə həmin vəsaitə qızıl alaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzərindən ölkəyə daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR