Səfir: “Pakistanın Dağlıq Qarabağ məsələsində mövqeyi heç vaxt dəyişməyəcək”

Səfir: “Pakistanın Dağlıq Qarabağ məsələsində mövqeyi heç vaxt dəyişməyəcək”
# 05 dekabr 2012 08:37 (UTC +04:00)

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri İnayətullah Kakar verib.

Səfir deyib ki, rəsmi İslamabad həmişə Azərbaycanı dəstəkləyib və ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bundan sonra da dəstəkləyəcək: «Ermənistan işğal olunmuş torpaqlardan geri çəkilməlidir. Pakistanın Ermənistanı dövlət kimi tanımamasının əsas səbəbi də Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı ilə bağlıdır».

İki ölkə arasında əlaqələrin inkişaf perspektivlərindən danışan səfir bildirib ki, Pakistanda nüfuzlu dini institutlar var: “Onlardan ən böyüklərdən biri İslamabadda yerləşir və Azərbaycan tələbələri gəlib orada dini təhsil ala bilərlər. Azərbaycan və Pakistan səhiyyə, mühəndislik, nəqliyyat, bank sahələrində əməkdaşlıq edirlər. Eyni zamanda ölkələr arasında hərbi sənaye sahəsində də əməkdaşlıq mövcuddur. Biz Çin ilə birgə JF-17 «Thunder» tipli döyüş təyyarələr, habelə yüngül və ağır hərbi texnikalar istehsal edirik. Azərbaycan nəyə ehtiyac duyarsa, onu ölkənizə verə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR