Bakının Badamdar qəsəbəsində sürüşmə zonasında gərginlik qalır, aktivlik hələ də davam edir

Bakının Badamdar qəsəbəsində sürüşmə zonasında gərginlik qalır, aktivlik hələ də davam edir
# 04 dekabr 2012 14:06 (UTC +04:00)

Bu gün aparılan monitorinqin son nəticələri araşdırıldı. Məlum oldu ki, sürüşmə zonasında gərginlik qalır və aktivlik hələ də davam edir. Həmin ərazidə stabillik olmadığından monitorinq davam etdiriləcək. Stabillik olmadığı üçün hələ hər hansı tədbirlər görülməsi vacib hesab olunmur”.

APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.

B. Qaralov bildirib ki, sürüşmə zonasında yamacdan yuxarı olan ərazilərdə yerləşən evlər üçün elə bir təhlükə yoxdur: “Əsasən oradakı hasarlar üçün təhlükə görünür. Çünki evlər dayanıqlı suxurlar üzərində inşa edilib. Sürüşmə zonasında yerləşən yamac isə dayaqsız və sukeçirici suxurlardan ibarətdir. Bu suxurlar da nəmləşdiyi üçün öz dayanıqlığını itirir və sürüşmə yaranır. Yamac həddən artıq dik və sərtdir, bu da sürüşməyə əlavə meyllik yaradıb”.

ETSN təmsilçisi qeyd edib ki, ərazidə sürüşmə aktivləşərsə və hərəkət yola kimi olarsa belə, yolun tamamilə sıradan çıxması üçün heç bir təhlükə yaranmır: “Sürüşmə kütləsi aktivləşdiyi halda, maksimum yol bağlana bilər. Amma yolu dağıda bilməz. Bu proses yola deyil, yolun alt hissəsində olan evlərə təhlükə yarada bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR