Noyabrın 17-də keçiriləcək aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib

Noyabrın 17-də keçiriləcək aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib
# 12 noyabr 2012 14:11 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bir qrup müxalifətçi noyabrın 17-də keçirəcəkləri aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlının APA-ya verdiyi məlumata görə, aksiya “Parlament buraxılsın” müxalifət qrupu tərəfindən keçiriləcək.

Ə. Qurbanlı qeyd edib ki, müraciətdə aksiya təşkilatçıları noyabrın 17-də saat 15.00-da “Fəvvarələr meydanı”nda piket keçirəcəklərini paytaxt rəhbərliyinin diqqətinə çatdırıb.

Qeyd edək ki, “Parlament buraxılsın” aksiyası əvvəlcə sosial şəbəkələrdə yer alıb, sonradan isə bu səhifənin təsisçiləri olan ictimai təşkilat rəhbərləri, bloqqer və ictimai-siyasi baxımdan aktiv gənclər hərəkat şəklində aksiya keçirmək qərarına gəliblər.

Aksiyanın təşəbbüskarları arasında İctimai Palataya daxil olan partiyaların gənclər təşkilatları da var.

Adıçəkilən qurum analoji şüarla oktyabrın 20-də də “Fəvvarələr meydanı”nda aksiya keçirməyə cəhd göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR