Əli Həsənovun əsərlərindən ibarət disklər AMEA Mərkəzi Elmi Kitabxanasına təqdim edilib

Əli Həsənovun əsərlərindən ibarət disklər AMEA Mərkəzi Elmi Kitabxanasına təqdim edilib
# 22 noyabr 2016 07:59 (UTC +04:00)

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun əsərlərindən ibarət disklər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına təqdim edilib. Mərkəzi Elmi Kitabxanadan APA-ya verilən xəbərə görə, diskə “Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasəti” (o cümlədən türk və rus dillərində), “Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın xarici siyasəti” (o cümlədən rus dilində), “Azərbaycanın geosiyasəti” və “Geosiyasət” (o cümlədən türk və rus dillərində) əsərləri daxil edilib.


Digər diskə “Güney Kafkasya, Hazar-Karadeniz Havzaları ve Azerbaycan’ın Jeopolitiği”, “Hazar-Karadeniz Havzalarıyla Güney Kafkasya’ın Jeoekonomik karakteristiğe ve Azerbaycan’ın yeni petrol politikası”, “Güney Kafkasya’ın Askeri-Jeostratejik durumu ve Azerbaycan’ın güvenlik politikası”, “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri”, “Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasətinin əsasları” və “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” əsərləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR