Azərbaycan Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Azərbaycan Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
# 27 noyabr 2012 16:45 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini bildirərək qeyd edib ki, insan hüquq və azadlıqlarının etibarlı təmini, respublikada əməliyyat şəraitinə və cinayətlərin açılmasına təsiri baxımından hər üç məsələ əhəmiyyətli olmaqla bu istiqamətlərdə fəaliyyət daim nəzarətdədir: “Cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunmasında ölkənin qanunvericilik aktlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlər şəkildə davam etdirilir. Bu mənada təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışının vəziyyəti daim diqqət mərkəzində saxlanılır, bu sahədə görülən işlər Kollegiya iclaslarında və əməliyyat müşavirələrində müzakirə olunur, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə yazılı göstərişlər göndərilir, əməli köməklik göstərilir”.

İclasda son illər DİN sistemində ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması istiqamətində tədbirlərin davamlı olduğu qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR