Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 03 dekabr 2012 16:22 (UTC +04:00)

Bakı-APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görülən işlərlə bağlı müzakirələr zamanı Müsavat Partiyasının başqanı İsa Qəmbər Berlin və Brüsseldə keçirdiyi toplantılar barədə məlumat verib. Müsavat Prtiyasının başqanı bildirib ki, Avropa Azərbaycanda baş verən proseslərlə ciddi maraqlanır və 2013-cü ilin prezident seçkilərində ölkəmiz Avropanın diqqət mərkəzində olacaq.

Sonra Müsavat Məclisinin sədri Arzu Səmədbəyli Türkiyə səfəri haqqında məlumat verib. A. Səmədbəyli Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, professor Turan Yazqanın dəfn mərasimində iştirak etdiyini, mərhumun yaxınlarına və silahdaşlarına partiya başqanının başsağlığını çatdırdığını bildirib. Müsavat Partiyasının iqtisadiyyat komissiyasının sədri Qubad İbadoğlu isə Qazaxstan və Stokholm səfəri barədə məlumat verib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə 10 dekabr Dünya İnsan Haqları günü münasibətilə planlaşdırılan aksiya ilə bağlı məlumat verib. O bildirib ki, aksiya ilə bağlı təşkilat komitəsi yaradılıb və partiyanın rayon təşkilatlarının genişləndirilmiş şura iclasları keçirilir. G.Aslanlı aksiyanın texniki tərəfləri ilə bağlı hazırlıqların davam etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR