Azərbaycan prezidenti Latviyanın baş nazirini qəbul edib

Azərbaycan prezidenti Latviyanın baş nazirini qəbul edib
# 28 noyabr 2012 13:04 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan dövlət başçısı yüksək səviyyəli qarşılıqlı səfərləri bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib.

Əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsində Hökumətlərarası birgə Komissiyanın rolunu vurğulayan prezident əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib.

Öz növbəsində, Azərbaycanla Latviya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayan V. Dombrovskis əlaqələrin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Ölkələr arasında son illər ticarət dövriyyəsinin artdığını vurğulayan qonaq iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsini əməkdaşlığın genişləndirilməsinə olan marağın göstəricisi kimi dəyərləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR