ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri: “İndiki vəziyyətdə Stepanakert hava limanının açılması tərəflər arasında gərginlik yarada bilər”

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri: “İndiki vəziyyətdə Stepanakert hava limanının açılması tərəflər arasında gərginlik yarada bilər”
# 22 noyabr 2012 14:54 (UTC +04:00)

APA-nın xəbərinə görə, rusiyalı həmsədr İqor Popov “Azadlıq” radiosuna açıqlamasında görüşdə münaqişənin həlli və Ramil Səfərovun Azərbaycana qaytarılması məsələsini müzakirə etdiklərini deyib. Həmsədrlər R. Səfərovla bağlı yeni fikir söyləməyiblər, suallara cavab verərkən isə daha əvvəl verdikləri bəyanata istinad ediblər.

İ. Popov ermənilərin açmağa hazırlaşdığı yeni hava limanı ilə bağlı suala belə cavab verib: “Biz hesab edirik ki, indiki vəziyyətdə Stepanakert hava limanının açılması tərəflər arasında gərginlik yarada bilər. Bu məsələlər mövcud təcrübə əsasında sülh yolu ilə həll edilməlidir”.

“İlk sərnişin olmaq istərdinizmi” sualını diplomat zarafatyana cavablandırıb: “Hələlik yox. Təyyarə hələ gəlməyib”.

Həmsədrlər noyabrın 23-də Ermənistanda, noyabrın 26-da isə Azərbaycanda ölkə rəhbərləri ilə yeni ideyaları müzakirə edəcəklər. Onlar bu ideyalar haqda məlumat verməyiblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR