Filippində təbii fəlakət nəticəsində 325 nəfər həlak olub

Filippində təbii fəlakət nəticəsində 325 nəfər həlak olub
# 06 dekabr 2012 04:52 (UTC +04:00)

Bakı-APA. Filippinin cənub sahillərin vurmuş «Pablo» tayfununun qurbanlarının sayı 325 nəfərə çatıb. Bu barədə Filippin Milli mülki müdafiə idarəsi məlumat yayıb. Təbii fəlakət nəticəsində 379 nəfər itkin düşüb, 411 nəfər isə yaralanıb.

Tayfun 4,7 min evə ziyan vurub, onlardan 2 min ev tamamilə sıradan çıxıb. 185 min nəfər sığınacaqlara köçürülüb. Hazırda ölkədə quru paltar, dərman və çadır çatışmazlığı hiss olunur. Daha bir problem təxliyə mərkəzlərinin damlarının tayfun nəticəsində sıradan çıxmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR