Bakıda 18 gün öncə bıçaqlanan şəxs ölüb

Bakıda 18 gün öncə bıçaqlanan şəxs ölüb
# 28 noyabr 2012 08:36 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda 18 gün öncə bıçaqlanan şəxs ölüb. Bu barədə APA-ya Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Noyabrın 10 da Xətai prospekti-25 ünvanında kirayədə yaşayan Əhmədov İlhamiz Məmqon oğlu Novruzov Elmin Ələddin oğlu tərəfindən bıçaqlanıb. İ. Əhmədov xəstəxanaya yerləşdirilsə də, noyabrın 27-də Klinik Tibbi Mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR