“GUAM məkanında həlli uzanan münaqişələr və onların dünyada sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı qətnamə layihəsi razılaşdırılıb

“GUAM məkanında həlli uzanan münaqişələr və onların dünyada sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı qətnamə layihəsi razılaşdırılıb
# 01 dekabr 2012 10:22 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. GUAM-ın Kiyevdəki katibliyində qurumun Milli Əlaqələndiricilər Şurasının 26-cı iclası keçirilib. APA-nın GUAM-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə BMT-yə təqdim ediləcək “GUAM məkanında həlli uzanan münaqişələr və onların dünyada sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı qətnamə layihəsi razılaşdırılıb və “BMT ilə GUAM arasında əməkdaşlıq” haqqında qətnamə layihəsinin BMT Baş Assambleyasının cari sessiyasında qəbuluna nail olunması məsələsi müzakirə edilib.

İclasda ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Dublində keçiriləcək yığıncağı çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının 20-ci iclasının təşkili məsələsi də nəzərdən keçirilərək müvafiq sənəd layihələri razılaşdırılıb.

Qeyd edək ki, “GUAM məkanında həlli uzanan münaqişələr və onların dünyada sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı qətnamə layihəsi son bir neçə ildə hər il BMT Baş Assambleyasının gündəminə gətirilir. Qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsi də əksini tapıb.


Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR