Azərbaycana gizli yolla narkotik gətirilməsi faktı aşkarlanıb

Azərbaycana gizli yolla narkotik gətirilməsi faktı aşkarlanıb
# 05 dekabr 2012 15:03 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan gömrükçüləri ölkəyə gizli yolla narkotik maddələrinin gətirilməsi faktını aşkarlayıblar. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan ölkəyə gələn Azərbaycan vətəndaşı Ağaverdi Səfərovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 48,201 qram olan heroin aşkar edilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İrandan qayıdan Azərbaycan vətəndaşı Kamil Paşayevin üzərində şəxsi yoxlama zamanı ondan gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd bükümdə, xalis çəkisi 0,276 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR