Beynəlxalq təşkilatlar Azərbaycanda minatəmizləmə əməliyyatlarına 33 milyon dollaradək vəsait xərcləyib

Beynəlxalq təşkilatlar Azərbaycanda minatəmizləmə əməliyyatlarına 33 milyon dollaradək vəsait xərcləyib
# 19 dekabr 2012 14:59 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda humanitar minatəmizləmə əməliyyatlarına 2009-2011-ci illərdə 72 milyon 318 min 863 ABŞ dolları vəsait xərclənib. APA-nın Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) saytına istinadən verdiyi məlumata görə, bu vəsaitin 39 milyon 514 min 060 dolları Azərbaycan hökumətinin, 32 milyon 804 min 803 dolları isə donorların payına düşüb.

Ümumilikdə, bu vəsait hesabına milli minatəmizləmə potensialının qurulması, regional bazaların yaradılması, mina təsirinin tədqiqatı, mexaniki minatəmizləmə potensialının formalaşdırılması və s. həyata keçirilib. Həmçinin işğaldan azad edilmiş bölgələrdə, habelə Sovet Ordusuna məxsus tərk edilmiş hərbi bazaların və poliqonların ərazisində əməliyyatlar aparılıb.

Ötən dövrdə xarici donorlardan Azərbaycanda minatəmizləmə əməliyyatlarına ən çox vəsaiti ABŞ ayırıb. 2000-2010-cu illərdə ABŞ Azərbaycanda minatəmizləmə əməliyyatlarına dəstək, regional bazaların təməlinin qoyulması, Mina Təhlükəsinə dair Maarifləndirmə və s. məqsədlər üçün 15 milyon 609 min 213 dollar vəsait verib.

Ayırdığı vəsaitin həcminə görə ikinci yerdə NATO dayanır. NATO PfP Trust Fund və Maddi-Texniki Təchizat Agentliyi vasitəsi ilə Azərbaycanda əməliyyatlara 6 milyon 902 min 197 dollar vəsait ayırıb ki, bu da əsasən «Saloğlu» və «Ceyrançöl» əməliyyatlarının həyata keçirilməsinə yönəldilib.

Bundan başqa, Avropa Komissiyası (2002-2006, 3 milyon 730 min dollar), BMT (1999-2011, 2 milyon 982 min 016 dollar), Böyük Britaniya hökuməti (2002-2008, 1 milyon 285 min 082 dollar) və s. dövlət və təşkilatlar tərəfindən də yardımlar ayrılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR