Kerri: "Bu keçid dövründə başımızı itirməməliyik"

Kerri: "Bu keçid dövründə başımızı itirməməliyik"
# 27 iyun 2016 17:27 (UTC +04:00)

Bakı - APA. "Avropalı liderlər Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı aparılan danışıqlarda başlarını itirməməlidir".


APA-nın AFP-yə istinadən verdiyi xəbər görə, bunu ABŞ dövlət katibi Con Kerri Brüsseldə Avropa İttifaqı və NATO-nun rəhbərliyi ilə görüşündə deyib.

"Bu keçid dövründə biz başımızı itirməməliyik və düşünülmüş addımlar atmalıyıq. Biz bizi əvvəldən birləşdirən dəyər və maraqların qorunmasına nail olmalıyıq", - deyə C. Kerri bildirib.

Qeyd edək ki, C. Kerri Brüsseldən Londona yola düşəcək və Böyük Britaniyanın istifasını elan etmiş baş naziri Devid Kemeron və xarici işlər naziri Filip Hammondla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR