Bakı - APA. "Avropalı liderlər Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı aparılan danışıqlarda başlarını itirməməlidir".
APA-nın AFP-yə istinadən verdiyi xəbər görə, bunu ABŞ dövlət katibi Con Kerri Brüsseldə Avropa İttifaqı və NATO-nun rəhbərliyi ilə görüşündə deyib.
"Bu keçid dövründə biz başımızı itirməməliyik və düşünülmüş addımlar atmalıyıq. Biz bizi əvvəldən birləşdirən dəyər və maraqların qorunmasına nail olmalıyıq", - deyə C. Kerri bildirib.
Qeyd edək ki, C. Kerri Brüsseldən Londona yola düşəcək və Böyük Britaniyanın istifasını elan etmiş baş naziri Devid Kemeron və xarici işlər naziri Filip Hammondla görüşəcək.