Türkiyənin baş naziri İzmirdə Heydər Əliyev adına texniki peşə liseyinin açılışında iştirak edəcək

Türkiyənin baş naziri İzmirdə Heydər Əliyev adına texniki peşə liseyinin açılışında iştirak edəcək
# 22 noyabr 2012 07:06 (UTC +04:00)

Məlahət Nəcəfova-APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İzmirdə Heydər Əliyev adına texniki peşə liseyinin açılışında iştirak edəcək. APA-nın məlumatına görə, ötən ilin oktyabr ayında Azərbaycan prezidenti İlham Əliyevlə birgə təməlinin atıldığı liseyin açılışı dekabr ayının ortalarına təsadüf edəcək. ARDNŞ və “Petkim” ortaqlığı ilə 16 milyon türk lirəsinə başa gələn məktəbin açılışında hər iki ölkə rəsmilərinin, o cümlədən Türkiyə hökumətinin üzvləri Binali Yıldırım, Ömər Dinçər və Azərbaycan təhsil naziri Misir Mərdanovun iştirakı gözlənilir. Bundan başqa Ərdoğan 250 milyon dollarlıq yatırım qoyulan “Petkim”in İzmirdə tikiləcək nəhəng konteynerinin təməlini də atacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR