İranın Cənubi Xorasan vilayətində dağıntılar altında qalan insanları xilasetmə işləri dayandırılıb - FOTOSESSİYA

İranın Cənubi Xorasan vilayətində dağıntılar altında qalan insanları xilasetmə işləri dayandırılıb   - <span style="color: red;">FOTOSESSİYA
# 06 dekabr 2012 11:42 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, zəlzələ baş vermiş bölgədə dünən yerli vaxtla saat 20:38-dən bu gün saat 9:45-dək 20 yeraltı təkan qeydə alınıb.

İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Mahmud Müzəffər bildirib ki, dağıntı baş verən bölgəyə qurumun 73 əməkdaşı 10 qrup şəklində ezam edilib: “73 nəfər İranın 3 vilayətindən ora göndərilib. Zərərçəkənlərə 1000 çadır, 600 ədyal, 900 kilim, 600 neft plitəsi verilib. Bölgədə hazırkı problem tualetin olmamasıdır. 20 kəndin 10-60%-i dağılıb. 200 mal-qara isə dağıntı altında qalıb. Zərərçəkənlərdən 12 nəfər xəstəxanaya yerləşdirilib”.

İRNA-nın verdiyi xəbərə görə, dünən 5,5 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. Onlardan 5 nəfər bir ailənin üzvləridir. Ölü sayının artacağı istisna edilmir.

Qeyd edək ki, dünən İranın Cənubi Xorasan vilayətində saat 20:38-də Rixter cədvəli ilə 5,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Zəhan şəhərinə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR