Moldovada Nizami Gəncəvinin aforizmlərindən ibarət kitabın təqdimatı keçirilib - FOTO

Moldovada Nizami Gəncəvinin aforizmlərindən ibarət kitabın təqdimatı keçirilib   - <span style="color: red;">FOTO
# 14 noyabr 2012 14:15 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Moldovada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Əfqan Rəsulov, Ruslan Hüseynov və Elvin Bəşirovdan ibarət caz qrupu Komrat şəhərində çıxış ediblər. Mədəniyyət və Turizm Nazirliyinin Moldovada səfərdə olan mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, paytaxt Kişinyovun "Odeon" Mədəniyyət Mərkəzində isə Azərbaycan kinosu günləri keçirilir. Moldova sakinləri və Kişinyovda yaşayan həmvətənlərimiz noyabrın 13-də “Girov” bədii filminə tamaşa ediblər. Bu gün Moldova Milli Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin aforizmlərindən ibarət Azərbaycan, rumın, ingilis və rus dillərində nəşr olunmuş miniatür kitabın təqdimat mərasimi keçirilib. Şairin 870 illiyi münasibətilə Moldova Azərbaycanlıları Konqresinin təşəbbüs və dəstəyi ilə işıq üzü görmüş nəşrin təqdimetmə mərasimində Azərbaycan nümayəndə heyəti ilə yanaşı Moldovanın tanınmış ziyalıları, incəsənət xadimləri, şair və yazıçılar, deputatlar, dövlət və hökumət nümayəndələri, səfirlər iştirak ediblər. Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldova Azərbaycanlıları Konqresinin Prezidenti Vüqar Novruzov, kitabın rumın dilinə tərcüməçisi, tanınmış yazıçı, Moldova parlamentinin deputatı İon Xadırke və başqaları bir daha Nizami dühasından söz açaraq və nəşrin əhəmiyyətini bildiriblər.

Tədbirdə Moldova Azərbaycanlıları Konqresinin yekdil qərarı ilə Konqresin xüsusi mükafatı və diplomu tanınmış yazıçı İon Xadırkeyə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR