Azərbaycanın mədəniyyət və turizm naziri Albaniyada səfərdədir

Azərbaycanın mədəniyyət və turizm naziri Albaniyada səfərdədir
# 29 noyabr 2012 12:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Albaniyanın müstəqillik qazanmasının 100 illiyi münasibətilə keçirilən rəsmi dövlət tədbirlərində iştirak etmək məqsədilə Tirana şəhərində səfərdədir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir Əbülfəs Qarayev Albaniya prezidenti Bucar Nişaninin iştirak etdiyi yubiley mərasimində, Skandenberg meydanında keçirilən paradda, Rinia parkında Müstəqillik Abidəsinin rəsmi açılış mərasimində iştirak edib. Nazir həmçinin konqres sarayında təşkil olunan “Milli Səyahət” adlı konsert proqramı və Albaniyanın Dövlət Başçısı adından verilən rəsmi qəbula qatılıb.

Səfər çərçivəsində Albaniyanın baş naziri Sali Berişa, turizm, mədəniyyət, gənclər və idman naziri Aldo Bumçi ilə görüşlər keçiriləcək. Sonuncu görüş zamanı Albaniyanın Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır. Səfər proqramı çərçivəsində həmçinin Albaniyanın Vlora və Apollo şəhərlərində turizm potensialı, mədəni irs nümunələri ilə tanışlıq nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR