Azərbaycanda vergi ödəyicilərinin ən çox yol verdiyi pozuntu nağd hesablaşmalarla bağlıdır

Azərbaycanda vergi ödəyicilərinin ən çox yol verdiyi pozuntu nağd hesablaşmalarla bağlıdır
# 05 dekabr 2012 10:47 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin noyabr ayında vergi orqanları tərəfindən aparılan operativ nəzarət tədbirləri zamanı 4 483 vergi ödəyicisində pozuntular aşkarlanıb.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ən çox pozuntu nağd hesablamaların aparılması qaydalarının pozulması ilə əlaqədar olub – 2 287 vergi ödəyicisi tərəfindən məhz bu pozuntuya yol verilib. Həmçinin, 529 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 448 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 491 vergi ödəyicisinin isə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri lisenziyasız məşğul olduğu aşkarlanıb.

Operativ nəzarət tədbirləri zamanı 530 vergi ödəyicisi tərəfindən 850 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 110 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 88 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 2 146 ədəd mal olduğu aşkarlanıb.

Aşkar olunan faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR