BMT 2013-cü ildə humanitar fəaliyyət üçün 8,5 mlrd. dollar vəsait istəyir

BMT 2013-cü ildə humanitar fəaliyyət üçün 8,5 mlrd. dollar vəsait istəyir
# 15 dekabr 2012 08:58 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. BMT donorlardan – təşkilata üzv olan ölkələrin hökumətlərindən, fiziki şəxs və özəl müəssisələrdən 2013-cü ildə humanitar fəaliyyət üçün 8,5 mlrd. dollar vəsait istəyib.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin humanitar əməliyyatlar üzrə koordinatoru Valeri Amos bildirib.

Onun sözlərinə görə, bu vəsait hesabına BMT-nin və onun ixtisaslaşmış qurumlarının münaqişələr və təbii fəlakətlər nəticəsində zərər çəkmiş uşaqlara, qadınlara və əhalinin digər kateqoriyalarına, o cümlədən aclıq çəkən, tibbi yardıma ehtiyac duyan və məcburi köçkün düşən şəxslərə yardım göstərilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR