Məhərrəm Əliyev: “Yeni vəzifəyə təyin olunmağımın heç bir siyasi anlamı yoxdur” - FOTO

Məhərrəm Əliyev: “Yeni vəzifəyə təyin olunmağımın heç bir siyasi anlamı yoxdur” - <span style="color: red;">FOTO
# 12 dekabr 2012 07:44 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında deyib. Yeni vəzifəyə təyin olunması barədə mətbuatda yayılan fikirlərə münasibət bildirən M. Əliyev “sadəcə, əvvəl başqa vəzifədə çalışırdım, indi isə yeni vəzifəyə təyin olunmuşam. Göründüyü kimi, hazırda fəaliyyət göstərirəm”, deyə bildirib.

Şöbə müdiri onu da deyib ki, Azərbaycan Ordusu nəinki regionda, hətta bir çox dövlətlərin ordularından belə irəlidə gedən ordudur: “Hazırda dövlət tərəfindən orduya daha çox diqqət yetirilir. Ordumuz daha hazırlıqlıdır. Hesab edirəm ki, Azərbaycan ordusu torpaqlarımızı qorumağa, işğal altında olan Azərbaycan ərazilərini azad etməyə qadirdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR