Əmək və əhalinin sosial müdafiəsi naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb - FOTOSESSİYA

Əmək və əhalinin sosial müdafiəsi naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 15 noyabr 2012 14:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri İsmail Alper Coşkun arasında tanışlıq görüşü olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə nazir Fizuli Ələkbərov prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkədə əldə olunan və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edən mühüm tarixi nailiyyətlər barədə məlumat verib.

Respublikada sosial rifah halının yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial müdafiə sahəsində beynəlxalq təşkilatlarla və müxtəlif ölkələrlə əməkdaşlıq istiqamətlərində görülən işlərdən danışan nazir qardaş Türkiyə ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrindən və onların uğurlu nəticələrindən söz açıb.

Səfir İsmail Alper Coşkun iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə söykəndiyini deyib. O, diplomatik fəaliyyəti müddətində bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsini təmin etmək məqsədilə səylərini əsirgəməyəcəyini, həmçinin digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün ölkəsi tərəfindən bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əldə olunmuş nailiyyətlər və gələcək perspektivlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR