Bakıda piyadanı vurub qaçan şəxs saxlanılıb

Bakıda piyadanı vurub qaçan şəxs saxlanılıb
# 15 dekabr 2012 09:02 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda piyadanı vurub qaçan şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 13-ü saat 19:00 radələrində Şəhər şosesi Balaxanı döngəsində naməlum avtomaşın Ağcabədi rayon sakini Zəminə Cəfərəvanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni idarə etdiyi «VAZ-2107» markalı avtomaşınla törədən Bakı şəhər sakini İlqar İsmayılov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR