21 Azər Hərəkatının ildönümü Kanadada anılıb  

21 Azər Hərəkatının ildönümü Kanadada anılıb  
# 17 dekabr 2012 23:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Kanadanın Toronto şəhərində İranda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 67-ci ildönümüylə əlaqədar toplantı keçirilib. Bu barədə Kanadada yaşayan soydaşımız, GAİP İnsan Haqları Mərkəzinin rəhbəri Oğuz Türkün verdiyi məlumata görə, anım mərasimi süquta uğramış Güney Azərbaycan Milli Hökumətinin marşı ilə başlayıb: “Kanadada yaşayan azərbaycanlılar və digər türklər tariximizdəki bu şanlı tarixi qeyd etmək üçün toplaşdılar. Mərasimdə Kanada Türk Federasiyasını sədri Hüseyn Nurgel, “Heydərbaba” media şirkətinin rəhbəri Yaşar Purəli, İraq Türkmənləri Cəmiyyətinin rəhbəri Əli Özkan və başqa təşkilat rəhbərləri də iştirak etdilər. Məruzəçilər çıxış edərək Milli Hökumətin yaradılması və süqutu ilə bağlı ətraflı məlumat verdilər”.

Qeyd edək ki, 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında İranda Azərbaycan Milli Hökuməti yaradılıb. Bir il sonra, yəni 1946-cı il dekabrın 11-də İran şahı Məhəmmədrza Pəhləvinin rəhbərliyi altında Təbrizə qoşun yeridilərək Azərbaycan Milli Hökuməti devrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR