Ermənistan prezidenti Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə KTMT-dən yardım istəyəcəyini söyləyib

Ermənistan prezidenti Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə KTMT-dən yardım istəyəcəyini söyləyib
# 22 dekabr 2012 22:46 (UTC +04:00)

Moskva. Fərid Əkbrəov – APA. Ermənistan prezidenti Serj Sarkisyan işğal altında olan Azərbaycan torpağı Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) yardıma çağıracağına söyləyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Rossiya 24” kanalına müsahibə verən Ermənistan prezidenti deyib: “Biz bu təşkilata bəs niyə üzv olduq?!. KTMT-yə daxil olan ölkələr çətin günlərində bir-birinə dəstək verirlər”.

Azərbaycanın hərbi gücünü artırdığını söyləyən S. Sarkisyan bildirib ki, Azərbaycan problemin müharibə yolu ilə həll edilməsinə ümid edir. O deyib: “Biz müzakirə yolundan başqa alternativ yol olmadığını düşünürük. Ermənistan Dağlıq Qarabağın qarantıdır. Müharibə başlasa, Ermənistan Dağlıq Qarabağ əhalisinin müdafiəsi üçün əlindən gələni edəcək”.

Qeyd edək ki, KTMT-ya Belarus, Rusiya, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. 20 min nəfər hərbi heyəti olan KTMT BMT –yə sülhməramlı xidmət göstərmək üçün müraciət edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR