Yuri Şedrin: «Azərbaycandakı bankların sayı 10-15-ə qədər azala bilər»

Yuri Şedrin: «Azərbaycandakı bankların sayı 10-15-ə qədər azala bilər»
# 21 noyabr 2012 10:44 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan bank sistemində məcmu kapitalının minimumu ilə bağlı tələbnamənin 50 mln. manata qədər yüksəldilməsi xarici bankların Azərbaycan bazarına marağını artıracaq. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.

Onun sözlərinə görə, Azərbaycanda Mərkəzi Bankının (AMB) bunun bağlı son qərarı təqdirəlayiqdir və bu tələb hazırda Azərbaycanda fəaliyyət göstərən 43 bankın ümumi sayını konsolidasiya nəticəsində 10-15-ə çatdıra bilər: «Hazırda Rusiyanın «Rosselxozbank»ı Azərbaycan bazarına böyük maraq göstərir və ümid edirik ki, sözügedən bank Azərbaycanda fəaliyyətə başlayacaq. Ümumiyyətlə, Mərkəzi Bankın bu tələbi xarici, o cümlədən Rusiya bankları üçün böyük marağa səbəb olub və yaxşı imkanlar açır».

Xatırladaq ki, AMB-nin son qərarı ilə Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları 2014-cü il yanvarın 1-dək məcmu kapitalını ən azı 50 mln. manata çatdırmalıdır. Yeni yaradılan banklar üçün isə bu tələbnamə nizamnamə kapitalına tətbiq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR